Husilər Yəməndəki strateji limanı vurub

27.08.2026

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün səhər saatlarında husilər Səudiyyə Ərəbistanının nəzarətində olan və Yəmənin qərb sahilində yerləşən strateji əhəmiyyətli əl-Muxa limanını yenidən atəşə tutublar.
Sitat.info xəbər verir ki,  bu barədə “Əl-Ərəbiyyə” telekanalı xəbər yayıb. 

Belə ki, limana üç ballistik raket atılıb. Hücum nəticəsində ölən və yaralananların olub-olmadığı bəlli deyil.
Məlumata görə, Qırmızı dəniz sahilində yerləşən əl-Muxa limanına təkrarlanan hücumlar nəticəsində Yəmənə təxminən 16 milyon dollar maddi ziyan dəyib.
Limanın Qırmızı dənizə çıxış baxımından strateji mövqeyə malik olması onun bölgədəki hərbi və iqtisadi qarşıdurmalarda əhəmiyyətli hədəflərdən birinə çevrilməsinə səbəb olub.

Aytac,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью