Husilər yenidən Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücum edəcək

12.03.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Qəzza zolağına humanitar yardımın bərpası üçün İsrailə təzyiq göstərmək məqsədilə Qırmızı və Ərəb dənizlərində İsrailə bağlı gəmilərə hücumları bərpa edəcək.

APA xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya husilərə məxsus “Al Masirah” telekanalında bildirib.

“İsrailə nəzarət-buraxılış məntəqələrini açmaq və Qəzza zolağına yardım çatdırmaq üçün verilən müddətin başa çatması ilə əlaqədar, Yəmən silahlı qüvvələri bütün İsrail gəmilərinin keçidinə qadağanın yeniləndiyini təsdiqləyir”, - o deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью