Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə təşkil etdiyi raket və PUA hücumları nəticəsində ən azı 73 mülki şəxs yaralanıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, hücumlar Əbha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərindəki mülki və iqtisadi obyektləri hədəf alıb. Xəsarət alanlar arasında qadın və uşaqlar da var.
Ərəb koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki bildiri ki, bu təxribatlara qarşı adekvat və bütün zəruri adımlar atılacaq.
Zeynəb Rzayeva