Husilərdən təhlükəli addım SİLAH İDDİASI KONKRET

26.09.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yəməndəki “Ənsar Allah” hərəkatının İsraillə qarşıdurmada daha dəqiq və təhlükəli silahlara sahib olmağa çalışdığı iddia edilir.

KONKRET.az xəbər verir ki, Yəmən husilərinin keçmiş sözçüsü Əli əl-Buxayti İsrailin N12/“Mako” kanalına müsahibəsində bildirib ki, hərəkat İsrailə qarşı mübarizədə daha təkmil silah arsenalı yaratmağa çalışır.

Onun sözlərinə görə, husilər çəkindirmə amili kimi kimyəvi və ya bioloji silah arsenalı formalaşdırmaq niyyətindədir. Əl-Buxayti qeyd edib ki, hərəkat rəhbərliyi İsrailin “Hizbullah”a qarşı həyata keçirdiyi əməliyyatlara bənzər genişmiqyaslı hərbi müdaxilədən və şəxsən “Ənsar Allah” lideri Əbdül-Malik əl-Husiyə qarşı əməliyyatdan ehtiyat edir.

Materialda həmçinin vurğulanır ki, strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının ələ keçirilməsi yerli Yəmən təşəbbüsü deyil, ABŞ, Avropa və Səudiyyə Ərəbistanına təzyiq göstərməyə yönəlmiş “İran oxu”nun əməliyyatı kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, husilər mümkün hücumlar üçün İraqdakı şiə qruplaşmaları ilə də koordinasiya həyata keçirirlər. Bildirilir ki, bu əməkdaşlığın mümkün istiqamətlərindən biri Səudiyyə Ərəbistanında “Aramco” şirkətinin neft obyektlərinə zərbələr endirilməsi ola bilər.

İddiaların nə dərəcədə real olduğu və husilərin kimyəvi və ya bioloji silah əldə etmək imkanlarının hansı səviyyədə olduğu barədə müstəqil təsdiqlənmiş məlumat təqdim edilməyib.

Günay Əli
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью