Moderator.az saytına istinadən Icma.az xəbər verir.
“Yəmənlilər sonuncu qəpiklərini verib “Kalaşnikov” avtomatlarını alan xalqdır. Bu onu göstərir ki, onlar ömürləri boyu silahla gəzən insanlardır və daim hərbi təlimlərlə məşğul olmaqları bir yana, düşmənlərinin kim olduğunu da yaxşı bilirlər...”
**** **** ****
“Husilərin Qırmızı dəniz sahilində bir neçə strateji məntəqəni ələ keçirərək, Babül-Məndab boğazını xeyli dərəcəcə nəzarətə götürməsinə aparam son əməliyyatlarını və onların gələcək perspektivini necə şərh edərdiniz? Nədən ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin husiləri durdurmaq cəhdləri qabarıq görsənnmir?”
Bu suallarla müraciət etdiyimiz siyasi analitik Tahir Cəfərli aşağıdakı fikirləri ifadə edib:
“Husilərin son əməliyyatı onu göstərdi ki, indi burada İran-Hüsi hərbi koalisiyasından söhbət getmir, artıq üçüncü qüvvənin iştirakı var. Bu qüvvənin hansı ölkə olduğunu müəyyən etmək isə çətindir. Yəmənlilər sonuncu qəpiklərini verib “Kalaşnikov” avtomatlarını alan xalqdır. Bu onu göstərir ki, onlar ömürləri boyu silahla gəzən insanlardır və daim hərbi təlimlərlə məşğul olmaqları bir yana, düşmənlərinin kim olduğunu da yaxşı bilirlər. Odur ki, bu günə qədər üçüncü qüvvənin hansı ölkə olduğundan danışmırlar. Həqiqət isə onun mövcudluğudur...
Hüsilərin sonuncu qələbəsi, əlbəttə ki, Hörmüzdə İranın etdiklərinin təkrarıdır. Odur ki, üçüncü qüvvə, yəni hüsilərə dəstək olan ölkə kimi elə ABŞ-ı göstərmək olar. Hüsilər Avropa İttifaqını boğmaq üçün və neftin qiymətinin yenidən qalxması üçün ABŞ-ın əlində bir alətdir və inanmırıq ki, ABŞ İsrailə və ya Səudiyyə Ərəbistanına onları durdurmaq üçün kömək etsin. Hətta səuditlərin bağladığı üçlük sazişinə görə,- söhbət Pakistan, Türkiyə və Səudiyyə Ərəbistan hərbi sazişindən gedir,- həmin ölkələrdən heç biri bu işə qarışmayacaq. Çünki Hüsilərin mübarizəsi ABŞ iqtisadi marağına xidmət etməkdən əlavə, Aİ-nin boğulmasıyla nəticələnəcəkdir. Məqsəd isə neftin qiymətinin yenidən qaldırılmasıdır...
Biz anlamalıyıq ki, ABŞ faktiki olaraq planetdə ağalıq edir və məqsədinə çatmaq üçün bütün imkanlarından yararlanır. İndiki dünyada müharibə törətmək isə müəyyən iqtisadi məqsədlərini həyata keçirmək için bir mexanizmdir. “Əgər ABŞ müharibə törətməsə, dağılar- tezisi düzgün fikirdir”, desək yanılmarıq . Bizə elə gəlir ki, hüsilərin qələbəsi , elə ABŞ-ın onlar üçün yaratdığı şəraitdir. Trampın da məqsədi Aİ-ni diz çökdürməkdir ki, Qrenlandiyaya yiyə dursun. Avropada Almaniya və Fransada “sollar” seçkilərdə qalib gəlsə Aİ dağılacaq. Məhz bu, ABŞ-ın geo-siyasi məqsədi olduğundan, o, “solçulara kömək edəcək...”