Husilərə məxsus obyektlərə hücum: bir neçə lider məhv edildi

23.03.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ husi liderlərinin məhv edildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts məlumat yayıb.

O, ABŞ-ın Yəmənin “Ansar Allah” hərəkatının liderlərini aradan qaldırdığını və hərəkatın qərargahına, silah istehsalı zavodlarına, rabitə qovşaqlarına və hətta pilotsuz uçan aparatlarının istehsal edildiyi obyektlərə zərbələr endirdiyini açıqlayıb.

“Biz husi liderlərini, o cümlədən baş raketçini aradan qaldırdıq, onların qərargahına, əlaqə nöqtələrinə, silah istehsalı zavodlarına və hətta pilotsuz uçan aparat istehsal edən obyektlərinə zərbələr endirdik”, – deyə Uolts “CBS News”a verdiyi müsahibədə bildirib, lakin konkret olaraq husi liderlərindən kimin öldürüldüyünü deməyib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью