Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yəmənin cənub qərbinə nəzarət edən husi qruplaşmasının 73 üzvü son döyüşlər zamanı öldürülüb. Ölənlər arasında 25 zabitin də olduğu bildirilir.
KONKRET.az “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, ölənlər Yəmənin 10 vilayətindəndir.
“Yemen Future” media platformasının dəfn elanlarına istinadla verdiyi məlumata əsasən, iyulun ortalarından bəri husilərin 413 üzvü dəfn edilib.
Xatırladaq ki, son günlər husi qruplaşması Yəmənin qərbində Qırmızı dəniz sahilləri boyunca yeni strateji mövqelər ələ keçiriblər. Husi silahlıları ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi koalisiya qüvvələri arasında toqquşmaların şiddətlənməsi nəticəsində 120 mindən çox insan evlərini tərk etməyə məcbur olub.