Husilərin Ər Riyada PUA hücumunun qarşısı alınıb

22.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 noyabr, AZƏRTAC

Ərəb Koalisiyası husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada pilotsuz uçuş aparatı (PUA) ilə hücumunun qarşısının alındığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, briqada generalı Türki əl-Maliki “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, husilər tərəfindən Ər-Riyada göndərilən PUA aşkar edilərək məhv edilib.

Xatırladaq ki, bundan əvvəl Ərəb Koalisiyası husilərin Səudiyyə Ərəbistanının paytaxtına atdığı üç ballistik raketin də zərərsizləşdirildiyini bildirmişdi.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və ölkənin bir sıra ərazilərinə nəzarəti ələ keçirməsindən sonra böhran daha da dərinləşib. Bunun ardınca Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə dəstək verməyə başlayıb. 2022-ci ilin aprelində qüvvəyə minən atəşkəs nəticəsində ölkədə nisbi sabitlik yaransa da, sonrakı dövrdə toqquşmaların yenidən intensivləşməsi vəziyyətə təsir göstərib. Husilər hökumətin nəzarətində olan ərazilərə hücumları artırmaqla yanaşı, Səudiyyə Ərəbistanını da ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью