Husilərin Ər Riyadda maliyyə mərkəzinə hücumu: 11 nəfər yaralanıb

24.11.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ər-Riyadda maliyyə mərkəzinin qüllələrindən biri Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) hücumuna məruz qalıb, nəticədə 11 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Ər-Riyadda maliyyə mərkəzinin qüllələrindən biri husi silahlıları tərəfindən terror hücumuna məruz qalıb, nəticədə 11 nəfər yaralanıb", - məlumatda bildirilib.

Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərliyi altında husilərə qarşı döyüş əməliyyatları aparan koalisiya Ər-Riyadın maliyyə rayonundakı göydələnin terror hücumunun hədəfi olduğunu bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью