Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb

24.09.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yəmən husilərinin İsrailin Eylat bölgəsinə zərbəsi nəticəsində yaralananların sayı 20 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə İsrailin "Magen David Adom" təcili yardım xidməti məlumat yayıb.

Xəsarət alanların əksəriyyətinin qəlpə yarası aldığı bildirilir.

Yəməndən göndərilən PUA-ya "Dəmir Qübbə"dən iki raket atılsa da, dronu vurmaq mümkün olmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью