Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail husilərin öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə cəhdlərinə cavab verməyə hazırdır.Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman TASS-a bildirib."Biz vətəndaşlarımızın təhlükəsizliyinə yönəlmiş istənilən təhdidlərə cavab verəcəyik", - o, Yəməndəki husilərin kimyəvi silah istehsalına başlaması barədə məlumatları şərh edərkən vurğulayıb.Daha əvvəl Yəmənin informasiya naziri Müəmmar əl-İryani bildirmişdi ki, ölkə ərazisinin bir hissəsinə nəzarət edən husilər İrandan qaçaqmalçılıq yolu ilə gətirilmiş komponentlərdən istifadə edərək kimyəvi silah hazırlayırlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.