Husilərin Sənadakı hərbi obyektləri hücuma məruz qalıb

28.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Husilər hərəkatının nəzarətində olan Yəmənin paytaxtı Səna bir sıra hava hücumlarına məruz qalıb.

APA xəbər verir ki, bu barədə Yəmən hərəkatının nümayəndəsi “TASS”a açıqlama verib.

“Səna yenidən hücuma məruz qalıb. Hava zərbələri beynəlxalq hava limanının ərazisinə, habelə paytaxt daxilində və onun ətrafında yerləşən hərbi obyektlərə endirilir”, - hərəkatın nümayəndəsi vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью