Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sentyabrın ilk yarısında Yəmənin səkkiz əyalətində husilərlə baş verən toqquşmalar səbəbindən 122 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Xəbəri “Anadolu” yayıb.
Yəməndəki Düşərgə İdarəetmə Mühafizə Bölməsinin açıqlamasına görə, 1-15 sentyabr tarixləri arasında 17.852 ailənin 122.297 nəfər üzvü didərgin salınıb.
Bəyanatda dərinləşən humanitar böhrana diqqət çəkilir. Qeyd olunur ki, husilərin irəliləməsi və hökumət qüvvələri tərəfindən əvvəllər tutulmuş mövqeləri ələ keçirmələri Qırmızı dəniz və Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərdə nəzarət xətlərinin dəyişməsinə səbəb olub.
Bəyanata görə, ən çox köçkün ölkənin cənub-qərbindəki Taiz əyalətində qeydə alınıb və burada 9562 ailə və ya 66972 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Sonra cənubdakı Lahc əyaləti (4511 ailə, 31577 nəfər) və Ədən (1180 ailə, 5555 nəfər) gəlir.
Bundan əlavə, qeyd olunur ki, əvvəllər qərbdəki Hudeyda əyalətindəki Hays və əl-Xuha ərazilərindən didərgin salınmış 1471 ailə döyüşlərin şiddətlənməsi səbəbindən Ədənə doğru köçməyə məcbur olub.
P.ƏMİRCANOV
XQ