Huşunu itirdi, matç yarımçıq dayandırıldı Foto

02.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İtaliya A seriyasının “Fiorentina” - “İnter” görüşü yarımçıq dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb “Fiorentina”nın futbolçusu Eduardo Bovenin matçın gedişində huşunu itirməsi olub.

Meydanda hərəkətsiz qalan italiyalı futbolçuya tibbi personal ilkin tibbi müdaxiləni edib. Daha sonra isə Bove təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qarşılaşma isə matçın 16-cı dəqiqəsində dayandırılıb və təxirə salınıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью