Hüzn günü ilə əlaqədar DSX da anım tədbirləri keçirilib | Icma.az
Icma.az, Azvision saytına istinadən bildirir. Ümumxalq hüzn günündə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək A
Dövlət Sərhəd Xidməti aparatında keçirilmiş anım tədbirində fotoqrafların faciədən lentə aldığı fotolardan ibarət sərgiyə hərbi qulluqçuları
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli cinayətlərdən bəhs olunmuş, 20 Yanvar hadisələrinin xalqımızın istiqlaliyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğu vurğulanıb.
Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı qırğın törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığı xüsusi qeyd edilib.
Yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Bildirilmişdir ki, Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə və şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.
Dövlət başçısının təşəbbüsləri nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb.
Tam oxu
Xəbəri oxu