Hüzur tapdığım yer evimdir

29.11.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xəbər verir ki, sənətçi “Valideyn saatı” layihəsində boş vaxtını ailəsi ilə keçirməyə üstünlük verdiyini bildirib. O, hüzur tapdığı yerin evi olduğunu vurğulayıb.

M. İbrahimov övladlarla daha çox vaxt keçirməyin vacibliyinə diqqət çəkib:

“Bir saat belə boş vaxtım olanda evimdə ailəmlə keçirirəm. Hüzur tapdığım yer evimdir. İnsan biləndə ki, evdə onu gözləyən var, evinə getməlidir. Övladlarınla nə qədər çox vaxt keçirsən, onlar sənin yolunu davam etdirəcəklər. Əks təqdirdə, küçədəkilərlə məşğul olacaqlar.

Ona görə də övlada hər zaman nəzarət lazımdır. Müəyyən bir yaş dövrü var, formalaşana qədər nəzarət etməlisən. Atam məni necə böyüdübsə, mən də övladımı elə böyüdürəm. Bir dəfə dedilər ki, övladımı sərbəst buraxmışam. Mən isə cavab verdim ki, atam məni necə böyüdübsə, mən də övladımı elə böyüdürəm. Atamın verdiyi tərbiyə sayəsində bu gün cəmiyyətdə belə hörmət qazanmışam”.(Axşam.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью