“Hypers Guba”nın təcavüzkar futbolçusu diskvalifikasiya olunub

08.05.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hypers Guba”nın futbolçusu İbrahim Nağıyev cəzalanıb.

İdman.biz xəbər verir ki, onunla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verib.

Futbolçu II Liqada XXIV turun “Kür-Araz” – “Hypers Guba” qarşılaşmasındakı hərəkətinə görə cəza alıb. O, matçın 67-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Quba təmsilçisi 300 manat cərimə olunub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью