Hypers Gubanın yeni baş məşqçisi müəyyənləşib

21.11.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

II Liqada mübarizə aparan "Hypers Guba"nın yeni baş məşqçisi müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Quba təmsilçisinin "sükanı" Zaur Hidayətova tapşırılacaq.

Bu gün 47 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Vüqar Nadirovun gedişindən sonra II Liqanın debütantının baş məşqçisi postu boş qalmışdı. Hidayətov isə karyerası ərzində "Sumqayıt"ın futbol akademiyasının müxtəlif yaş qruplarını çalışdırmaqla yanaşı, əvəzedici komandanın da baş məşqçisi olub. Son ilyarımda isə o, "kimyaçılar"ın əsas komandasının skautu kimi fəaliyyət göstərib.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью