Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2-ci liqanı dördüncü yerdə başa vurub, pley-off oyununda “Difai”yə məğlub olaraq gələn mövsüm yenidən 2-ci liqada mübarizə aparacaq “Hypers Quba” adını dəyişib. Belə ki, klubun adı “Quba” olaraq dəyişdirilib.
Bunun səbəbini, ideyanın kimə məxsus olduğunu öyrənmək üçün klubun prezidenti Ayaz Abdullayevlə əlaqə saxladıq.
“Klubun adının dəyişdirilməsi Qubanı daha rəsmi və peşəkar səviyyədə təmsil etmək məqsədi daşıyır. Bu ideya mənə məxsusdu və azarkeşlər, icma nümayəndələri ilə aparılan müzakirələrdən sonra yekdil qərarla reallaşıb”.
“Ötən mövsüm klubun adı dəyişdirilməmişdi, sadəcə olaraq, Region liqasında “Hypers” olaraq təqdim edilirdi. Rəsmi sənədlərdə “Hypers Quba” olub".