“Hypers Quba”nın yeni baş məşqçisi o olacaq

19.11.2024

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Ötən həftə Vüqar Nadirovla yolları ayıran “Hypers Quba” yeni mütəxəssislə anlaşıb. Əsgər Abdullayevlə heç cür ortaq məxrəcə gələ bilməyən klub artıq seçimini edib.

“Football-plus.az”ın əldə etdiyi son məlumata görə, komanda Zaur Hidayətova həvalə olunub. Hidayətov sabah futbolçuları məşqə çıxaracaq. Müqavilənin detalları barədə daha sonra məlumat verəcəyik.
Qeyd edək ki, Hidayətov sonuncu dəfə “Sumqayıt-2”ni çalışdırıb.
RÖYANƏ OĞUZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью