“Hypers Quba”ya görə təəssüflənmədim”

08.06.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Ölkə futbolunda bütün liqalarda mövsümə yekun vuruldu.

2-ci liqa komandalarından “Şahdağ Qusar”, “Şəfa” və “Şimal” “bir mərtəbə yüksəldi”. 4-cü yeri tutan “Hypers Quba” isə pley-offda “Difai”yə 1:3 uduzmaqla 2-ci liqada qaldı. Yeri gəlmişkən, qubalılar mövsümü 51 xalla 4-cü, “Şəmkir” isə 50 xalla 5-ci pillədə bitirmişdi.
2-ci liqada mövsümün yekunları ilə bağlı fikirləriniz necədi? “Şahdağ”, “Şəfa” və “Şimal”ın 1-ci liqaya vəsiqə qazanması ədalətlidimi? “Hypers Quba”ya görə heyifsiləndizmi? “Şəmkir” növbəti mövsüm 1-ci liqaya vəsiqə uğrunda mübarizədə kimləri özünə əsas rəqib görür?
Bu sualları “Şəmkir”in baş məşqçisi Vüqar Nadirova ünvanladıq:

“Açığını deyim: birinci dövrədə komandaya qoşulsaydım və istədiyim futbolçular əlimin altında olsaydı, hər kəs bilir ki, sırf 3-cü yer “Şəmkir”in olardı. “Hypers Quba”ya görə təəssüflənmədim, çünki “Difai” aşkar şəkildə üstün futbol sərgilədi və layiqli qələbə qazandı. Növbəti mövsümlə bağlı indidən nəsə demək çətindi. Yaşayıb görərik”.

ƏSƏD SEYİDOV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью