Hyundai Rusiyada 100 minə yaxın avtomobili geri çağırır

30.05.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Koreyanın "Hyundai" avtomobil konserninin Rusiya nümayəndəliyi ABS blokunun modulunda mümkün qısaqapanmaya görə yanğın təhlükəsi səbəbindən Rusiya bazarından 99 256 avtomobili geri çağırır.

Oxu.Az "Rosstandart"a istinadən xəbər verir ki, geriçağırma kampaniyası "Hyundai" avtomobillərinin 2010-2025-ci illərdə satılan "Grandeur", "Genesis Coupe", "Grand Santa Fe", "Veloster", "i40", "Solaris", "SantaFe" modellərinə aiddir.

"Bəzən HECU modulunda (ABS bloku) qısaqapanma baş verə bilər ki, bu da mühərrik bölməsində yanğın riskini artıra bilər", - nəşr geriçağırmanın səbəbini izah edib.

Geri çağırılan bütün avtomobillərdə multiqoruyucunun pulsuz dəyişdirilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью