futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə Azərbaycan I Liqasında VII turun oyunlarına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, turun diqqətçəkən qarşılaşmasında “Karvan-Yevlax” doğma azarkeşləri önündə “Şimal”ı qəbul edib. Üstün bir oyun nümayiş etdirən Yevlax təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edərək xallarını 13-ə çatdırıb və 4-cü pilləyə yüksəlib.
Lider “Gəncəbasar” isə səfərdə “Səbail”lə gərgin və bol qollu həddə “sülh” bağlayıb – 2:2. Paytaxt təmsilçisindən Samuel Nonqo və Sofian Budra, qonaqlardan isə Paulo Quimbila və Dileyn Açimi fərqləniblər. Bu nəticədən sonra “Gəncəbasar” 16 xalla liderliyini davam etdirir, “Səbail” isə 12 xalla 5-ci yerdədir.
Zirvə iddiaçılarından MOİK səfərdə “Zaqatala” ilə 1:1 hesablı bərabərliyə razılaşıb. Günün digər görüşündə “Baku Sportinq” və “Xankəndi” komandaları da 1:1 hesablı bərabərliklə ayrılıblar.
Qeydə alınan nəticələr:
I Liqa
VII tur
Baku Sportinq – Xankəndi 1:1
Qollar: Əli Babayi, 54 – Xəzər Mahmudov, 10
Karvan-Yevlax – Şimal 4:1
Qollar: Samir Abdullayev, 26, Eze Sillas, 33, Əbdül Əziz, 54, Obicon Onyeka, 60 – Obodji Qberi, 83
Zaqatala – MOİK 1:1
Qollar: Samuel Anadem, 45+2 – Kamran Quliyev, 45
Səbail – Gəncəbasar 2:2
Qollar: Samuel Nonqo, 3, Sofian Budra, 37 – Paulo Quimbila, 21, Dileyn Açimi, 29
Qeyd edək ki, turun noyabrın 4-də keçirilməli olan açılış matçında “Mingəçevir” komandası “Şahdağ Qusar”la qarşılaşmaya çıxmaqdan imtina edib.