I Liqa: Karvan ın oyununda 8 qol vuruldu, Mingəçevir qələbəni əldən verdi

03.04.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan I Liqasında 20-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, birinci gün 3 oyun baş tutub.

"Cəbrayıl" – "Qaradağ Lökbatan" oyununda qapılara qol vurulmayıb. Bununla belə, qonaq komanda adı protokolda olmayan futbolçu oynatdığına görə, texniki məğlubiyyətlə üzləşəcəyi gözlənilir.

"Mingəçevir" - "Zaqatala" matçında da qalib müəyyənləşməyib. Baxmayaraq ki, Füzuli Məmmədovun baş məşqçisi olduğu "şəhərlilər" matçın gedişində hesabda iki dəfə önə keçib.

"Difai" - "Karvan" görüşü məhsuldar alınıb. Azarkeşlər qapılara vurulan 8 qola şahidlik ediblər. Yekunda qələbəni Yevlax təmsilçisi bayram edib.

Turun iki oyunu sabah keçiriləcək.

Birinci Liqa
20-ci tur
3 aprel

Cəbrayıl – Qaradağ Lökbatan 0:0

Mingəçevir – Zaqatala 2:2
Qollar:
N.Əliyev, 30. A.Usman, 69 - R.İsmayılov, 59. S.Okezi, 82. 

Difai – Karvan 3:5
Qollar:
T.Zeynalov, 39. S.Əliyev, 71. K.Kamta, 75 - E.Qasımov, 5. Bəhruz Teymurov, 25. S.Əliyev, 38-öz qapısına. P.Kings, 42; 52.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью