I Liqa klubları cəzalandı

26.12.2024

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “İmişli” – “Cəbrayıl” oyununda “İmişli” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir (maddə 37);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “İmişli” – “Cəbrayıl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “İmişli” – “Cəbrayıl” oyununda “Cəbrayıl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilir (maddə 37);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Mingəçevir” – “Qəbələ” oyununun 89-cu dəqiqəsində “Mingəçevir” komandasının 18 nömrəli futbolçusu Elvin Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Mingəçevir” klubu 50 manat cərimə edilir (maddə 36.5);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Mingəçevir” – “Qəbələ” oyununun 90-cı dəqiqəsində “Mingəçevir” komandasının 7 nömrəli futbolçusu Aqil Nəsibov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Mingəçevir” klubu 50 manat cərimə edilir (maddə 36.5);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Difai” – MOİK oyununun 63-cü dəqiqəsində “Difai” komandasının 73 nömrəli futbolçusu Bəşir Ayralov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Difai” klubu 50 manat cərimə edilir (maddə 36.5);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Difai” – MOİK oyununun 73-cü dəqiqəsində “Difai” komandasının 55 nömrəli futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Difai” klubu 150 manat cərimə edilir (maddə 39.1);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Difai” – MOİK oyununun 90+3-cü dəqiqəsində “Difai” komandasının heyətində adı matçın protokolunda olmayan 10 nömrəli futbolçu Tahir Zeynalov oyuna daxil olduğuna görə “Difai” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Difai” komandası 400 manat cərimə edilir (maddə 61.6);

Əsas xəbərlər, Ölkə futbolu “Turan Tovuz” cərimələndi

26 Dekabr 2024, 12:26

Əsas xəbərlər, Ölkə futbolu “Sumqayıt”ın şikayəti təmin edilmədi

24 Dekabr 2024, 18:10

Əsas xəbərlər, Ölkə futbolu “Hakimlərimiz kompüter deyil, onlar da səhv edə bilərlər”

24 Dekabr 2024, 13:30

Əsas xəbərlər, Manşet, Ölkə futbolu İntizam Komitəsinin Sədri: “Bu qərar bütün komandalara aiddir”

23 Dekabr 2024, 19:21

Əsas xəbərlər AFFA Tahir Süleymanovu təbrik etdi

23 Dekabr 2024, 18:28

Əsas xəbərlər, Ölkə futbolu AFFA üçün yeni sponsor

20 Dekabr 2024, 23:10

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью