I Liqa klubları cəzalandı

04.03.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

AFFA İntizam Komitəsi keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

27 fevral 2025-ci il tarixində I Liqada XVI turun “Baku Sporting” – “Cəbrayıl” oyununda “Baku Sporting” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilsin (maddə 37);

27 fevral 2025-ci il tarixində I Liqada XVI turun “Baku Sporting” – “Cəbrayıl” oyununun 87-ci dəqiqəsində “Baku Sporting” komandasının 17 nömrəli futbolçusu Orxan Fərəcov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın, “Baku Sporting” komandası 300 manat cərimə edilsin (maddə 40.3);

27 fevral 2025-ci il tarixində I Liqada XVI turun “Baku Sporting” – “Cəbrayıl” oyununun 87-ci dəqiqəsində “Cəbrayıl” komandasının 99 nömrəli futbolçusu Okan Təhməzli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın, “Cəbrayıl” komandası 300 manat cərimə edilsin (maddə 40.3);

28 fevral 2025-ci il tarixində I Liqada XVI turun “Mingəçevir” – “Difai” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);

28 fevral 2025-ci il tarixində I Liqada XVI turun “Qaradağ Lökbatan” – “İmişli” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilsin (maddə 72.4);

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью