I Liqa klublarının cəzaları məlum oldu | Icma.az
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq. AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın X turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib: MOİK – “Baku Sporting” oyununda “Baku Sporting” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilir (maddə 37); “Karvan” – “Mingəçevir” oyununun 46-cı dəqiqəsində “Mingəçevir” komandasının 24 nömrəli futbolçusu Xəyal Xudaverdiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Mingəçevir” komandası 100 manat cərimə edilir (maddə 41); “Zaqatala” – “Cəbrayıl” oyunu “Cəbrayıl” komandasının qapıçısının formasında qüsur olması səbəbindən gec başladığına görə “Cəbrayıl” komandası 80 manat cərimə edilir (maddə 75.6); “Qəbələ” – “Qaradağ Lökbatan” oyununun 65-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 44 nömrəli futbolçusu Xəyyam Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilir (maddə 36.5); “İmişli” – “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2); Əsas xəbərlər, Ölkə futbolu “Baku Sportinq”in MOİK sınağı 18 Dekabr 2024, 12:23 Əsas xəbərlər, Ölkə futbolu I Liqa: “Qaradağ Lökbatan” və “Difai”dən qələbə 11 Dekabr 2024, 16:02 Əsas xəbərlər, Ölkə futbolu “Karvan”dan gözlənilməz xal itkisi 7 Noyabr 2024, 18:35 Əsas xəbərlər, Ölkə futbolu Məmmədov: “Bu il I Liqada zəif komanda yoxdur” 5 Noyabr 2024, 14:08 Əsas xəbərlər, Ölkə futbolu “Karvan”a xəbərdarlıq edildi 23 Oktyabr 2024, 14:19 Əsas xəbərlər, Ölkə futbolu Mərkəzi oyunu “Karvan” qazandı 16 Oktyabr 2024, 17:04 Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu