futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın V turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Zaqatala” oyununda “Zaqatala” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
MOİK – “Cəbrayıl” oyununun 64-cü dəqiqəsində MOİK komandasının 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, MOİK komandası 2400 manat cərimə edilsin (maddə 52.3);
MOİK – “Cəbrayıl” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 58.1);
MOİK – “Cəbrayıl” oyununa təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə MOİK komandası 600 manat cərimə edilsin (maddə 57.2);