I Liqa klubunda iclas: büdcə təsdiqləndi, plan bəlli oldu

29.06.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Baku Sporting”də komanda daxili iclas keçirilib.

Futbolpress.az xəbər verir ki, bir sıra cari məsələlərə və gələcək planlara həsr olunmuş yığıncaqda əsas diqqət qarşıdan gələn 2025/26-cı il mövsümünə yönəlib.

Yeni mövsüm üçün büdcənin təsdiq olunduğu toplantıda, komandanın hazırlıq prosesinə başlayacağı tarix də dəqiqləşib. Belə ki, baş məşqçi Elman Sultanovun rəhbərliyi altında “Baku Sporting” 21 iyuldan etibarən məşqlərə start verəcək. 30 iyundan etibarən isə komanda transfer çalışmalarına başlayacaq.

Tədbirdə gələcəkdə klubun uşaq-futbol akademiyasının inkişaf yolları da müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью