I Liqa klubunun baş məşqçisi istefa verdi

24.01.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

I Liqada baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Cəbrayıl"ın baş məşqçisi Elhad Nəziri postunu tərk edib. Bu barədə mütəxəssis öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

32 yaşlı məşqçi komandadan öz istəyi ilə getdiyini bildirib.

Qeyd edək ki, Elhad Nəziri mövsümün əvvəlində "Cəbrayıl"ın baş məşqçisi təyin olunmuşdu. Bölgə təmsilçisi I Liqada 11 turdan sonra 14 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью