I Liqa: Mingəçevir 3 cü yer şansını əldən verdi

13.02.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan I Liqasında 14-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə iki matç baş tutub.

"Difai" sonuncu yerdə qərarlaşan "Şimal" üzərində inamlı qələbə qazanıb. Beləliklə, Ağsu təmsilçisi aşkar autsayderlə xal fərqini 7-yə çatdırıb və düşmə zonasında bir qədər rahatlayıb. 

Günün mərkəzi qarşılaşmasında isə "Mingəçevir" ilə "Zaqatala" üz-üzə gəlib. Ramiz Məmmədovun komandası doğma azarkeşləri önündə rəqibinin müqavimətini qıra bilməyib.

Turun dünən baş tutan görüşləri belə nəticələnib: “Şahdağ Qusar” – “Cəbrayıl” 4:2, “Baku Sportinq” – MOİK  2:0, “Səbail” – “Şəfa” 0:0.

Azərbaycan I Liqası
XIV tur
13 fevral 

“Difai” – “Şimal” 3:1
Qollar:
K.Kamta, 16. A.Bektaşoğlu, 31. V.Ondo, 50 - Ş.Şirinov, 58. 

“Mingəçevir” – “Zaqatala” 0:0

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью