Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan I Liqasında XIII tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, bu gün Şamaxıda turun son qarşılaşması baş tutacaq.
Qış fasiləsində heyətini Nurlan Novruzov, Amil Yunanov, Fuad Bayramov, Bahadur Həziyev kimi Premyer Liqa təcrübəsi olan futbolçularla gücləndirən "Mingəçevir" aşkar autsayder "Şimal"ı sınağa çəkəcək.
Həftəiçi keçirilən oyunlarında bu nəticələr qeydə alınıb: “Cəbrayıl” – MOİK 2:2, “Şəfa” – “Baku Sportinq” 1:1, “Zaqatala” – “Səbail” 0:1, "Şahdağ Qusar" - "Difai" 4:0.
Azərbaycan I Liqası
XIII tur
7 fevral
14:30. “Şimal” – “Mingəçevir”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.