I Liqa: Mingəçevirdə məhsuldar heç heçə, Gəncəbasar dan çətin qələbə

04.09.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan 1-ci Liqasında ilk tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, açılış turunun ikinci oyun günündə 2 görüş keçirilib.

"Şimal" iddialı "Gəncəbasar"a məğlub olub, "Mingəçevir" isə doğma meydanda "Zaqatala" ilə xalları bölüşüb.

Qeyd edək ki, 1-ci turun dünən keçirilən oyunlarında MOİK “Şahdağ Qusar”a uduzub (0:1), “Baku Sportinq” “Karvan-Yevlax”la bacarmayıb (0:3), “Xankəndi” ilə “Səbail” isə heç-heçəyə (1:1) razılaşıblar.

Azərbaycan 1-ci Liqası
1-ci tur
4 sentyabr 

“Şimal” – “Gəncəbasar” 1:2

Qollar: N.Osmanov, 42. - D.Açimi, 16, 76.
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 17:00. 

“Mingəçevir” – “Zaqatala” 2:2

Qollar: R. Hüseynov, 18. C.Şahbazlı, 54. - B.Köçərli-pen, 45+4. R.Nağıyev, 83.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). 17:00.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью