I Liqa: MOİK ilk qələbəsini qazana biləcək?

16.10.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan I Liqasında 5-ci turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 3 oyun keçiriləcək.

İşləri yolunda getməyən, ilk 4 turda qələbə qazanmayan MOİK "Cəbrayıl" ilə Binədə münasibətlərinə aydınlıq gətirəcək. "Mingəçevir" "Şimal"ı, aşkar autsayder "Difai" isə "Şahdağ Qusar"ı sınağa çəkəcək. Oyunların hamısı eyni vaxtda - 14:30-da başlayacaq.

Qeyd edək ki, turun açılış oyununda "Səbail" "Zaqatala"nı 1:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Baku Sportinq" - "Şəfa" oyunu ilə yekun vurulacaq.   

Azərbaycan I Liqası
5-ci tur
16 oktyabr  

14:30. MOİK – “Cəbrayıl”
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Elman Kərimov, Murad Səlimov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu. 

14:30. “Mingəçevir” – “Şimal”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança). 

14:30. “Difai” – “Şahdağ Qusar”
Hakimlər: Ruslan Quliyev, Elmin Süleymanov, Safalı Ağayev, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Ağsu şəhər stadionu.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью