I Liqa: MOİK qara zolaq dan darmadağınla çıxdı

16.10.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan I Liqasında 5-ci turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 3 oyun keçirilib.

İlk 4 turda qələbəyə həsrət qalan MOİK  tilsimi "Cəbrayıl" ilə oyunda qırıb. İlham Yadullayevin baş məşqçisi olduğu komanda bölgə təmsilçisini böyük hesabla yenib. 

Bundan başqa, "Mingəçevir" "Şimal"la, "Difai" isə "Şahdağ Qusar"la matçda əzmkar qələbəyə sevinib.

Qeyd edək ki, turun açılış oyununda "Səbail" "Zaqatala"nı 1:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Baku Sportinq" - "Şəfa" oyunu ilə yekun vurulacaq.   

Azərbaycan I Liqası
5-ci tur
16 oktyabr  

MOİK – “Cəbrayıl” 4:1
Qollar
: S.Fərəcov, 7; 48-pen.; 60. E.Məmmədov, 51 - T.Əhmədov, 77. 

“Mingəçevir” – “Şimal” 3:1
Qollar
: A.Usman, 42; 57. R.Cəfərli, 55 - X.Bədirov, 17. 

“Difai” – “Şahdağ Qusar” 1:2
Qollar
: H.Şirəliyev, 32. S.Ağalarov, 37. F.Cəfərov, 42-pen.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью