futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə Azərbaycan Birinci Liqasında ikinci turun matçları başa çatıb.
Futbolpress.az xəbər verir ki, turun son qarşılaşmasında MOİK öz meydanında “Şimal”ı qəbul edib.
Binə qəsəbə stadionunda təşkil olunan görüşdə tərəflər hərəyə bir dəfə fərqlənərək xalları bölüşüblər — 1:1. Qarşılaşmada hesabı 49-cu dəqiqədə qonaqların futbolçusu Z. Mərdanov açıb. MOİK-in cavab qolunu isə 66-cı dəqiqədə N. Osmanov rəqib toruna keçirib.
Birinci Liqa
II tur
MOİK – “Şimal” 1:1
Qollar: N. Osmanov, 66 — Z. Mərdanov, 49