I Liqa: Qış fasiləsi iddialıların duelləri ilə başa çatır

05.02.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan I Liqasıda qış fasiləsi başa çatır. 

Fanat.Az xəbər verir ki, bnu gün XIII turun oyunları start götürəcək.
Turun ilk günündə liderlərin iştirakı ilə 3 matç keçiriləcək və hamısı eyni vaxtda başlayacaq. 

"Cəbrayıl" Şamaxıda MOİK ilə qarşılaşacaq. Lider "Şəfa"nı ən yaxın izləyicisi "Baku Sportinq"lə çətin duel gözləyir. Premyer Liqaya can atan "Səbail" isə "Zaqatala"nın qonağı olacaq.  

Azərbaycan I Liqası
XIII tur
5 fevral   

14:30. “Cəbrayıl” – MOİK
Hakimlər: Alik Yunusov, Adil Bədəlov, Aydın Bəxşiyev, Rəsul Babayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 

14:30. “Şəfa” – “Baku Sportinq”  
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, Nazim Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Binə qəsəbə stadionu.

14:30. “Zaqatala” – “Səbail”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью