I Liqa: Səbail də büdrədi, Mingəçevir də

18.12.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan I Liqasında XI tur davam edir

Fanat.Az xəbər verir ki, dünən start verən tur çərçivəsində bu gün daha 2 matç baş tutub. 

"Mingəçevir" səfərdə "Difai" ilə qarşılaşıb. Ramiz Məmmədovun komandası gözlənilmədən xal itirərək ilk "üçlüy"ə dönmək şansını əldən verib. 

Günün ikinci matçında isə "Səbail" ilə "Şahdağ Qusar" üz-üzə gəliblər. Adil Şükürovun baş məşqçisi olduğu komanda Şamaxıda baş tutan oyunda da qalib müəyyənləşməyib. Dörd qolun vurulduğu görüşdə məhsuldar heç-heçə qeydə alınıb. "Səbail" ilə "Baku Sportinq" 22 xalla 2-3-cü yerləri bölüşürlər. 

Qeyd edək ki, ötən gün baş tutan turun açılış oyunlarında "Baku Sportinq" "Şimal"ı 1:0, MOİK isə "Zaqatala"nı 3:1 hesabı ilə yenib.

Tura sabah keçiriləcək "Cəbrayıl" - "Şəfa" matçı ilə  yekun vurulacaq. 

Azərbaycan I Liqası
XI tur
18 dekabr 

“Difai” – “Mingəçevir” 1:1
Qollar:
M.Musazadə, 2 - S.Abdullayev, 8.

“Şahdağ Qusar” – “Səbail” 2:2
Qollar:
S.Ağalarov, 27. R.Voronsov, 35 - S.Bağırov, 26. B.Həziyev, 69.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью