I Liqa: Şəfa ilə Səbail in liderlik mübarizəsi | Icma.az
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq. Azərbaycan I Liqasında 6-cı tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 matç baş tutacaq.
Ötən turdan sonra baş məşqçisi Bəxtiyar Soltanovu istefaya göndərən "Cəbrayıl"ı "Şahdağ Qusar"la oyuna köməkçi məşqçilər İlkin Hacıyev və Tariq Qasımov çıxaracaqlar.
Günün digər qarşılaşmasında "Zaqatala" ilə "Mingəçevir" münasibətlərinə aydınlıq gətirəcək.
Nəhayət, turun mərkəzi qarşılaşmasında çempionluğa namizəd olan iki komanda - "Şəfa" ilə "Səbail" üz-üzə gələcək.
Qalib gələn tərəf liderliyi ələ alacaq. Hazırda "Şəfa" maksimum nəticə ilə zirvədə qərarlaşıb.
Hesabında 13 xal olan "Səbail" isə prisnipial rəqibindən 2 xal geri qalır.
Qeyd edək ki, turun dünən baş tutan görüşlərində MOİK "Baku Sportinq"lə 0:0 hesablı heç-heçəyə razılaşıb, "Difai" isə "Şimal"ı 4:1 yenib.
Tam oxu
Xəbəri oxu