Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Azərbaycan I Liqasında VIII tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son günündə bir oyun keçiriləcək.
Bağlanış matçında lider "Şəfa" autsayderlərdən olan "Difai"ni qonaq edəcək. Elgiz Kərəmlinin baş məşqçisi olduğu bakılılar ötən gün "Səbail"in büdrəməsindən yararlanaraq zirvədəki mövqeyini möhkəmləndirə bilər. 21 oyundur ki, uduzmayan (bu matçlardan 13-ü 2-ci, 7-si 1-ci Liqaya, 1-i isə Azərbaycan Kubokuna təsadüf edib) "Şəfa" həm bu seriyanı, həm də xallarının sayını 22-yə çatdırmaq əzmindədir.
Qeyd edək ki, turun digər oyunlarında “Zaqatala” “Şahdağ Qusar”ı 1:0, “Mingəçevir” MOİK-i 3:0, “Cəbrayıl” isə “Şimal”ı 7:0 hesabı ilə məğlub edib, “Baku Sportinq” – “Səbail” matçı isə 0:0 nəticələnib.
Azərbaycan I Liqası
VIII tur
22 noyabr
14:45. “Şəfa” – “Difai”
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Mirnihat Seyidov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu.