Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycan I Liqasında V turun ilk oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, “Səbail” səfərdə “Zaqatala”nı 3:1 hesabı ilə məğlub edərək 3 xalı aktivinə yazdırıb. “Şimal” “Mingəçevir”in qapısından 4 top keçirərək səfərdə böyük hesablı qələbə qazanıb (4:1). “Xankəndi” isə öz evində “Şahdağ Qusar” üzərində minimal hesablı üstünlük əldə edib (1:0).
Qeydə alınan nəticələr:
Azərbaycan I Liqası
V tur
Zaqatala – Səbail 1:3
Qollar: Ə. Heydərov, 89 – S. Nonqoh, 13, Y. Said, 21, A. Qomes Soares, 24
Xankəndi – Şahdağ Qusar 1:0
Qol: B. Teymurov, 88
Mingəçevir – Şimal 1:4
Qollar: N. Şıxamirov, 48 – N. Osmanov, 37, E. Əliyev, 45+3, G. Mehrəliyev, 87, M. Niambele, 90+4