I Liqada pley offun nominal meydan sahibi məlum olub

26.05.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan I Liqasında pley-off mərhələsinin nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Difai” və “Hypers Guba” klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Difai” klubun prezidenti Asəf Məlikov, “Hypers Guba” klubun prezidenti Ayaz Abdullayev ilə təmsil olunub. Püşkatmaya əsasən “Difai” nominal meydan sahibi olub.

Qeyd edək ki, I Liqa uğrunda pley-off qarşılaşması mayın 28-də “ASCO Arena”da keçiriləcək. Matç saat 16:00-da start götürəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью