Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya imperatoru I Nikolayın qızı Olqa Nikolayevnaya məxsus çay-qəhvə dəsti Fransada keçirilən hərracda 321 min avrodan baha qiymətə satılıb.
Axşam.az xəbər verir ki, bu barədə hərrac evi “Aguttes”in rəsmi saytında məlumat verilib.
Hərracda səkkiz əşyadan ibarət dəstin 40-80 min avroya satılacağı gözlənilirdi. Lakin onun yekun satış qiyməti proqnozlaşdırılan məbləği dörd dəfədən çox üstələyib. Dəst 321 min avrodan artıq qiymətə alıcı tapıb.
Zərli gümüşdən hazırlanan dəst 1840-cı ildə Sankt-Peterburqda, “Nicholls & Plincke” zərgərlik firmasının ustaları Karl İohann Teqelsten və Henrix Avqust Lonq tərəfindən hazırlanıb.
Hərrac evinin qənaətinə görə, dəsti qızı üçün cehiz olaraq imperator I Nikolayın özü sifariş edib.