I rübdə Azərbaycanda dövlət sektorunun idxalı 5 dəfə artıb

23.04.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın ümumi idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52.6% artaraq 5 milyard 662.9 milyon ABŞ dollarına bərabər olub.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, idxal əməliyyatlarında dövlət sektorunun payı 39% ( 2 mlrd. 208.7 mln. dollar), özəl sektorun payı 52% ( 2 mlrd. 355.5 dollar), fiziki şəxslərin payı isə 9% ( 498.8 mln. dollar) təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət sektorunun idxalı 5 dəfə, özəl sektorunun idxalı 4.6%, fiziki şəxslərin idxalı isə 13.1% artıb.

Qeyd edək ki, bu ilin I rübündə dövlət sektorunun ixracı 2 milyard 979.2 milyon ABŞ dolları, özəl sektorun idxalı 3 milyard 385 milyon ABŞ dolları, fiziki şəxslərin ixracı isə 21.7 milyon ABŞ dolları təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью