I rübdə “Bank Respublika”dan 135 milyondan çox depozit geri çəkilib Öhdəlikləri artıb | Ic…
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bank Respublika” 2025-ci ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci ilin I rübündə “Bank Respublika”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.1% artaraq 14 milyon 473 min manat təşkil edib.
2024-cü ilin müvafiq dövründə bank 13 milyon 512 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 21.5% artaraq 65 milyon 817 min manat, faiz xərcləri isə 27.2% artaraq 24 milyon 890 min manat təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9 milyon 488 min manata ( illik müqayisədə 10.5% çox), qeyri-faiz xərcləri isə 32 milyon 191 min manata ( illik müqayisədə 22.5% çox) bərabər olub.
Beləliklə bank bu dövrdə 18.2 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 7.8% çoxdur.
Cari ilin aprel ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.9% və ya 62.4 milyon manat artaraq 2 milyard 238.9 milyon manata yüksəlib.
Tam oxu
Xəbəri oxu