Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Bu gün Azərbaycan Kubokunun I təsnifat mərhələsinə yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, son gündə bir oyun baş tutacaq.
Günün yeganə oyununda “Ağdaş” və “Hypers” komandaları qarşılaşacaq. Ağdaşda keçiriləcək oyun saat 14:30-da başlayacaq.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
9 oktyabr
“Ağdaş” – “Hypers”
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağdaş şəhər stadionu, 14:30.