I Uşaq Teatr Festivalı

10.01.2025

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan teatrının yaranmasının 152-ci ildönümü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə martın 10-dan 17-dək “I Uşaq Teatr Festivalı” keçiriləcək.

Uşaqlar üçün nəzərdə tutulan festival Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəslin mədəniyyətə marağının artırılması məqsədilə təşkil olunur.

Festivalın məqsədi mədəni irsimizi qorumaqla yanaşı, uşaqlara komanda şəklində işləmə bacarıqları qazandırmaq, səhnə mədəniyyəti ilə tanış olmalarına və öz istedadlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır. 

Layihənin ideya müəllifi Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev, rəhbəri Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin metodisti Dağlar Yusif Əfəndi, bədii rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov və koordinatoru məktəbin meneceri Rübabə Hüseynovadır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью