I yarımildə Dövlət Neft Fondunun gəlirləri 9 mlrd. manata yaxınlaşıb

22.07.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin gəlirləri 8 milyard 815,9 milyon manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 427 milyon manat və ya 4,6 faiz azdır.

Qeyd edək ki, bu dövrdə ARDNF xərcləri isə 7 milyard 264,8 milyon manata bərabər olub ki, buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 862,1 milyon manat və ya 13,5 faiz çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью