I yarımildə əczaçılıq məhsullarının idxal dəyəri 252 milyon dollar olub

28.07.2026

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-iyun aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 252 milyon 413 min dollar təşkil edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 6 milyon 977 min dollar və ya 2,7% azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,03%-ni təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin ilk yarısında Azərbaycan 259 milyon 390 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью