İAM Eto’Oya bəraət qazandırdı

28.03.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Samuel Eto’O İdman Arbitraj Məhkəməsinə (İAM) müraciətinə müsbət cavab alıb. Məhkəmə sabiq futbolçuya bəraət qazandırıb.
Kamerun Futbol Assosiasiyasının (KFA) prezidenti İAM-a Afrika Futbol Konfederasiyasının (AFK) onun bu təşkilatın İcraiyyə Komitəsinin üzvlüyünə namizədlərin siyahısından çıxarmaq qərarına etiraz olaraq üz tutmuşdu.
AFK-nın müvafiq komitəsi yanvarın 25-də Eto’Onun namizədliyinin qaydalara uyğun olmadığını bəyan etmişdi. Lakin İAM KFA-nın prezidentinin namizədliyində heç bir ciddi problem tapmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью